SON XƏBƏRLƏR

İran televiziyası Azərbaycanın Sulduz şəhərini Kürdüstan adlandırdı

2025.02.08, 11:27
İran televiziyası Azərbaycanın Sulduz şəhərini Kürdüstan adlandırdı

İranın anti-türk və antiazərbaycan rejimi Azərbaycanın tarixini və kimliyini təhrif etmək siyasətinə uyğun olaraq bu dəfə Azərbaycanın Sulduz şəhərini Kürdüstan kimi təqdim edib.

Gunaz.tv

Cümə axşamı İranın 2-ci telekanalı kürd terror qruplarının 1980-ci ildə Sulduza hücumu və Sulduz əhalisinin terrorçulara qarşı müqaviməti haqqında sənədli film nümayiş etdirib. Bu sənədli filmdə İran rejimi Qərbi Azərbaycan vilayətinin düzgün adını işlətmək əvəzinə saxta “Kürdüstan vilayəti” ifadəsini işlədib.

Bu cür hərəkətlər təsadüfi deyil, bu davranışlar İran rejiminin uzun illər Azərbaycan bölgələrini kürdləşdirmək və türk kimliyini İran xəritəsindən çıxarmaq siyasətinin tərkib hissəsidir.

İran rejimi açıq şəkildə kürd terror qruplaşmalarına dəstək verməklə, kürdlərə təşviq paketləri verməklə, Qərbi Azərbaycanda əsas postları kürdlərə verməklə, o cümlədən pulsuz qaçaqmalçılıq yolu ilə Qərbi Azərbaycanı kürdləşdirməyə, Güney Azərbaycan türkləri ilə Türkiyə türkləri arasında sədd yaratmağa çalışır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar