SON XƏBƏRLƏR

Avstriyanın neft, qaz şirkəti Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir

2025.02.10, 14:34
Avstriyanın neft, qaz şirkəti Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir

Avropanın qaz tədarükünə ehtiyacı var və Ukrayna ərazisindən Azərbaycandan mavi yanacağın tranziti perspektivini istisna edə bilməz.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern bildirib.

"Biz bütün enerji daşıyıcılarının, o cümlədən qazın tədarükünü artırmalıyıq. Biz heç nəyi istisna edə bilmərik. Mən gələcəkdə özümü heç vaxt bir təchizatçının ixtiyarına verməzdim. Qalanı siyasi sualdır", - OMV rəhbəri Azərbaycandan Ukrayna ərazisindən qaz tranzitini dəstəkləməsi ilə bağlı sualını belə cavablandırıb.

Xatırladaq ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar