SON XƏBƏRLƏR

Güneyli rəqs müəlliminin səhifəsi bağlandı

2025.02.10, 15:19
Güneyli rəqs müəlliminin səhifəsi bağlandı

İranın İnformasiya İstehsalı və Məlumat Mübadiləsi Polisi Güney azərbaycanlı sənətçi və rəqs müəllimi Rəha Əhədpurun sosial media hesabını bağlayıb.

Gunaz.tv

Bu barədə sənətçi özü məlumat yayıb.

Onun sözlərinə görə, adı çəkilən polis bölməsi səhifədə olan bütün paylaşımları silib və yeni paylaşımların edilməməsi barədə ondan iltizam alıb.

Qeyd edək ki, sənətçi xanım səhifəsində qeyri-siyasi materiallar, Azərbaycan rəqsi və mədəniyyəti ilə bağlı paylaşımlar edirdi.

Adı çəkilən polis bölməsi qadağa tətbiqini Rəha Əhədpurun paylaşımlarının “islam qaydalarına zidd olması” ilə əlaqələndirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar