SON XƏBƏRLƏR

Donald Tramp Tehrana qarşı qətiyyətli mövqe tutacaq - Amerikalı senatorlar

2025.02.13, 10:00
Donald Tramp Tehrana qarşı qətiyyətli mövqe tutacaq - Amerikalı senatorlar

İran İslam Respublikası Vaşinqtonla nüvə danışıqlarını rədd edərək səhv qərar verib və Tramp Tehrana qarşı daha sərt siyasət tətbiq edəcək.

Gunaz.tv

Bu sözləri respublikaçı senatorlar Rik Skott və Kevin Kramer deyib.

Rik Skott İran rəhbəri Əli Xaməneinin danışıqlardan imtina barədə bəyanatını ciddi səhv adlandırıb.

"Onun bu günə kimi etdiyi işlərə nəzər salsanız nəticənin uğursuz olduğunu gösəcəksiniz",- İran rəhbərinin bu addımının da zərərli olacağını vurğulayıb.

Skott, İranın bölgədəki proksi qruplarının İsrail qarşısındakı son uğursuzluqlarına toxunaraq deyib ki, bu proses İran hökumətini zəif vəziyyətə salıb.

“Biz İran xalqına görə təəssüflənirik, ancaq onlar məsələni öz əllərinə almalı və daha yaxşı hökumət qurmalıdırlar",- senator əlavə edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar