SON XƏBƏRLƏR

İran polisi etiraz edən tələbələri döydü

2025.02.15, 12:54
İran polisi etiraz edən tələbələri döydü

Xəbər verdiyimiz kimi, Tehran Universitetinin İdarəetmə fakültəsinin biznes fakültəsinin bakalavr tələbəsi 19 yaşlı Əli Məhəmməd Xaleqi Dərmiyan öldürülməsinə cavab olaraq ölkənin tələbə həmkarlar ittifaqı etirazlara başlayıblar.

Gunaz.tv

Tələbələr universitet rəhbərliyindən təhlükəsizliyin yaxşılaşdırılması üçün addım atmasını tələb edirlər. Universitet rəhbərliyi isə cavab olaraq bildirdi ki, oğurluq universitet ərazisindən kənarda baş verdiyi üçün bu, onların məsuliyyəti deyil. Qeyd edək ki, hadisə universitetin yataqxanasının yanında yerləşən Qişa körpüsünün yaxınlığında baş verib.

Təhlükəsizliyin artırılması üçün keçirilən etiraz aksiyasında sonra Tehran polisi tələbələri sıxışdırmağa başlayıb. İran Tələbə Hərəkatından verilən məlumata əsasən yataqxanaların kənarında 100-dən çox mülki geyimli polis yerləşdirilib.

Əmir Hüseyin adlı tələbənin mülki geyimli zabitlər tərəfindən saxlanılaraq döyüldüyü, adı açıqlanmayan daha üç tələbənin də həbs edildiyi bildirilir. Bildirilir ki, tələbələr “Tökülən qanı heç nə silə bilməz” və “Xamneyiyə ölüm” kimi rejim əleyhinə şüarlar səsləndiriblər.

Tələbələr həbs edildikdən bir neçə saat müvəqqəti olaraq sərbəst buraxılıb. Sərbəst buraxılan tələbələrin bədənlərində müxtəlif dərəcəli xəsarətlər görünür.

 

 

Şahin Elxanoğlu

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar