SON XƏBƏRLƏR

Məhəmməd Tağı Zehtabinin məzarı üstündə mərasim keçirilib

2025.02.22, 10:33
Məhəmməd Tağı Zehtabinin məzarı üstündə mərasim keçirilib

21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə güneyli alim, tarixçi və pedaqoq Məhəmməd Tağı Zehtabinin məzarı üstündə mərasim keçirilib.

Gunaz.tv

Bu barədəmədəni fəallar məlumat yayıb.

Məlumata görə, Güney Azərbaycanın müxtəlif bölgələrindən olan mədəni fəallar Zehtabinin Şəbistərdəki məzarı başına toplaşıblar.

Mərasim iştirakçıları alimin Azərbaycan türkcəsi və Azərbaycan tarixi ilə bağlı xismətlərindən danışı onun xatirəsini anıblar.

Qeyd edək ki, Azərbaycan tarixi və dili ilə bağlı dəyərli əsərlərin yazarı olan Məhəmməd Tağı Zehtabi 1923-cü ildə Şəbistərdə anadan olub, 1988-ci ildə Şəbistərdə müəmmalı şəkildə dünyasını dəyişib.

Onun adı Tehrana rejiminə müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.  

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar