SON XƏBƏRLƏR

Türkiyədə FETÖ əməliyyatı: 353 ŞÜBHƏLİ SAXLANILDI

2025.02.22, 13:25
Türkiyədə FETÖ əməliyyatı: 353 ŞÜBHƏLİ SAXLANILDI

Türkiyədə hüquq-mühafizə orqanları 400-ə yaxın filialı olan məşhur restoran şəbəkəsi - “Maydonoz Dönər”ə qarşı irimiqyaslı əməliyyat keçirib.

Gunaz.tv

GünazTV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya “X” hesabında əməliyyatın təfərrüatlarını və videogörüntüsünü paylaşıb.

Məlumata görə, mərkəzi Antalyada olmaqda, ümumilikdə Türkiyənin 31 vilayətində bu şəbəkənin restoranlarında axtarış və həbslər həyata keçirilib. “Kıskaç-40” kod adlı əməliyyatda FETÖ-nün maliyyələşməsində iştirak etdiyi müəyyən edilən, 10-u dövlət məmuru olmaqla, 353 şübhəlinin saxlanıldığı bildirilir.

İstintaq çərçivəsində "Maydonoz Döner" şəbəkəsinin filialları vasitəsilə ölkə daxilinə və xaricinə pul köçürmələri həyata keçirdiyi və bunun vasitəsilə FETÖ terror təşkilatına xidmət etdiyi müəyyən edilib. Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) tərəfindən şirkətin fəaliyyəti yaxından izlənilirdi.

Türkiyənin DİN rəhbəri Əli Yerlikaya əməliyyat zamanı saxlanılan şəxslərin FETÖ terror təşkilatına bu restoranlar şəbəkəsi vasitəsilə maliyyə vəsaitləri ötürdüyünün müəyyən edildiyini bildirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar