SON XƏBƏRLƏR

ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

2025.03.04, 12:58
ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

Ağ Evin sözçüsü Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

"Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq", - Ağ Ev sözçüsü bildirib.

Ağ Ev dayandırılan yardımın həcmi və miqdarı və ya fasilənin nə qədər davam edəcəyi barədə dərhal şərh verməyib. Yardımın dayandırılması ilə bağlı Pentaqon da əlavə məlumat verməyib. Zelenskinin ofisi və Ukraynanın Vaşinqtondakı səfirliyi "Reuters"-in mövzu ilə bağlı sorğusuna cavab vermədi.

Ukrayna parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Oleksandr Merejko deyib ki, Trampın hərbi yardımı dayandırması ABŞ prezidentinin Kiyevi təslim olmağa sövq etmə planı kimi dəyərləndirilir.

 

Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib.

 

 

Şahin Elxanoğlu

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar