SON XƏBƏRLƏR

Ukraynadan Amerikanın hərbi yardımının dayandırılmasına reaksiya

2025.03.04, 16:13
Ukraynadan Amerikanın hərbi yardımının dayandırılmasına reaksiya

Ukraynaya silah tədarükü məsələsinə gəlincə, Avropa ölkələrindən analoqların alınması və ya əldə edilməsi imkanlarını qiymətləndirmək lazımdır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak bildirib.

“Əvvəlcə hansı proqramların dayandırılacağını qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, bir çox proqramlar artıq tamamlanma mərhələsində idi. Onu da unutmayaq ki, Amerika Konqresində səsə qoyulan proqramlar var və bu, xüsusi hüquqi prosedurdur”, - ölkə rəsmisi deyib.

Bundan əlavə, Podolyak vurğuladı ki, ilk növbədə Avropa ölkələrindən analoqların alınması və ya əldə edilməsi imkanlarını qiymətləndirmək lazımdır.

Ukrayna rəsmisi bu məsələyə yönəlik yeni proqramların artıq işlək olduğunu qeyd edib.

Həmçinin o, Ukraynanın Amerikadan hərbi dəstək proqramlarının uzunmüddətli dayandırılması ilə bağlı artıq təcrübəyə malik olduğunu və belə vəziyyətlərə necə uyğunlaşacağını bildiyini unutmamağa çağırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar