SON XƏBƏRLƏR

Fələstin seçkiyə gedir

2025.03.05, 12:41
Fələstin seçkiyə gedir

Fələstin Prezidenti Mahmud Abbas bir il ərzində bütün ölkə ərazisində ümumi seçki keçirməyə hazır olduğunu açıqlayıb.

Gunaz.tv

GünazTV TASS-a istinadən xəbər verir ki, o bu barədə Ərəb Dövlətləri Liqasının Misirdə keçirilən fövqəladə sammitinin açılışında bildirib.

“Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkisi keçirməyə tam hazırıq”, - Abbas vurğulayıb.

Fələstin lideri qeyd edib ki, o, təkcə İordan çayının Qərb sahili və Şərqi Qüdsdə deyil, Qəzza zolağında da seçki keçirilməsini nəzərdə tutur.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar