SON XƏBƏRLƏR

İranın nüvə strategiyası çox təhlükəlidir - Amerika

2025.03.05, 13:36
İranın nüvə strategiyası çox təhlükəlidir - Amerika

Amerika Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun İslam Respublikasının nüvə proqramı ilə bağlı yeni hesabatını son dərəcə narahatedici hesab edir, bu hesabat Tehranın nüvə proqramının beynəlxalq ictimaiyyət üçün yaratdığı həyati təhlükəni vurğulayır.

Gunaz.tv

Bu Ağ Evin bəyanatında deyilib.

Ağ Evin bəyanatında deyilir ki, İran ya beynəlxalq ictimaiyyətə təzyiq göstərir, ya da nüvə silahına yaxınlaşır.

"Vaşinqton İranın bu yanaşmasını çox təhlükəli qiymətləndirir və bildirir ki, İranın şantajına boyun əyməyəcək”,- deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, iki gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi də İranın nüvə proqramının inkişafını ciddi narahatlıq doğurduğunu deyib və Tehran hökumətinin bu sahədəki qanun pozuntularına dair geniş hesabat hazırlayacağını bildirib.

O, İranın 60% zənginləşdirilmiş uran ehtiyatlarının 275 kiloqrama qədər artırdığını söyləyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar