SON XƏBƏRLƏR

İDDİA: Azərbaycan AŞPA-dan çıxır

2025.03.08, 11:54
İDDİA: Azərbaycan AŞPA-dan çıxır

Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sertifikasiya üçün tələb olunan sənədləri təqdim etməkdən imtina edərək, 2025-ci ildən etibarən təşkilatın fəaliyyətində iştirakını tamamilə dayandırıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "haqqin.az" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ötən ilin yanvar ayının sonunda mandatının mübahisələndirilməsinə etiraz olaraq təşkilatdakı fəaliyyətini dayandırıb. Bakı qurumu “irqçilik, anti-Azərbaycan mövqeyi və islamofobiya”da ittiham edib.

Bundan əvvəl AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməkdən imtina edib. Cavab olaraq, Azərbaycan həmin qərara səs verən AŞPA deputatlarının ölkəyə girişinə qadağa qoyub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin əleyhinə səs verənlər “arzuolunmaz şəxslər” siyahısına salınıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar