SON XƏBƏRLƏR

Suriyada Kürdlər Dəməşqə tabe oldular

2025.03.11, 11:53
Suriyada Kürdlər Dəməşqə tabe oldular

Suriyanın yeni hökuməti ilə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) arasında kürdlərin Suriya təhlükəsizlik qüvvələrinə qoşulmasına dair müqavilə imzalanıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, məlumatı Suriya prezidenti Əhməd əl-Şaraa öz Telegram kanalında açıqlayıb.

Onun sözlərinə görə, müvafiq sənəd Əl-Şaraa ilə SDF komandiri Mazlum Abdi arasında görüş zamanı imzalanıb. Mətni Suriya liderinin ofisi tərəfindən dərc edilən razılaşmaya əsasən, Dəməşqin yeni hakimiyyət orqanlarının rəhbərlik etdiyi “Suriyanın şimal-şərqində yerləşən bütün mülki və hərbi obyektlər dövlət idarəçiliyi sisteminə inteqrasiya olunacaq”. Xüsusilə bu, kürd ərazilərindəki bütün keçid məntəqələrinə, eləcə də orada yerləşən hava limanına, qaz və neft yataqlarına aiddir.

Bundan əlavə, Dəməşq və SDQ arasında razılaşma bütün Suriyada atəşkəsi nəzərdə tutur və kürd əhalisinə konstitusiyada nəzərdə tutulan bütün hüquqlar, o cümlədən vətəndaşlıq hüququ təmin edilir.

Kürdlər isə öz növbəsində Suriyanın yeni hakimiyyət orqanlarına keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına və Suriyanın təhlükəsizliyini və birliyini təhdid edən digər amillərə qarşı apardıqları mübarizədə dəstək verəcəklərini vəd edirlər.

Müqavilə bu ilin sonuna qədər həyata keçirilməlidir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar