SON XƏBƏRLƏR

Azərbaycanlı fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib

2025.03.13, 11:20
Azərbaycanlı fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib

Çərşənbə axşamı Təbrizin 2 saylı Cəza Məhkəməsinin 118 saylı şöbəsində hakim Nəqi Rezainin sədrliyi ilə əvvəllər 3 ay 1 gün həbs və 30 şallaq zərbəsi cəzası alan İbrahim Asimani (Azəroğlu) barəsində apellyasiya məhkəməsi keçirilib.

Gunaz.tv

“Qeyri-ənənəvi geyimlə ictimai asayişi pozmaq” və “Zöhrə Vəfainin dəfn mərasimində qalmaqal və mübahisə yaratmaq” ittihamları ilə təqsirli bilinən cənab Azəroğlu özünü şifahi müdafiə edib və məhkəməyə yazılı ifadəsini də təqdim edib.

Məlumatlı mənbələrin sözlərinə görə, onun həbsinə səbəb dəfn mərasimində Azərbaycan milli geyimində iştirak etməsi olub. Məlumatlarda bildirilir ki, tədbirdə olan təhlükəsizlik işçiləri cənab Azəroğlunun paltarını dəyişməsini istəyib və onun müqavimətindən sonra onu həbs edərək Kəşfiyyat İdarəsinə təhvil veriblər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar