SON XƏBƏRLƏR

Suriyada Əsədin tərəfdarları kazarmalara hücuma cəhd ediblər

2025.03.13, 13:00
Suriyada Əsədin tərəfdarları kazarmalara hücuma cəhd ediblər

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində kazarmalara hücuma cəhd edib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, münaqişə hərbi obyektin girişində baş verib. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib və dörd yaraqlını saxlayıblar.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb, hərbi əməliyyatlar nəticəsində 830 mülki vətəndaş ölüb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar