SON XƏBƏRLƏR

Suriyadakı keçid hökumətin uçuruma getməməsi üçün Türkiyə dəstəyini əsirgəmir

2025.03.13, 15:53
Suriyadakı keçid hökumətin uçuruma getməməsi üçün Türkiyə dəstəyini əsirgəmir

Suriyada yeni dövr başlayıb, mən bu mənada nikbinəm, amma təbii ki həm də ehtiyatlı olmalıyıq.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda çıxışında Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

O deyib ki, Suriyadakı keçid hökumətin uçuruma getməməsi üçün Türkiyə dəstəyini əsirgəmir:

“Ərdoğan regional siyasətdə hamı ilə əlaqə saxlamaqda düşünürəm ki bir nömrəli şəxsdir”.

Onun sözlərinə görə, dünyadakı böhranların təxminən 60 faizi Türkiyənin ətrafında, yəni yaxın ərazilərdə baş verir.

M.Çavuşoğlu bildirib ki, qlobal sistem bütün bunları həll etməkdə bacarıqsızlıq nümayiş etdirir:

“Buna görə də Türkiyə bu problemləri çözmək üçün əlindən gələni edir. Məsələn, Rusiya və Ukrayna prezidentlərini Ankarada görüşdürmək üçün dəfələrlə təşəbbüs göstərmişik. Amma qərbdən bu istiqamətdə lazımı dəstək gəlməyib”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar