SON XƏBƏRLƏR

JPost: HAMAS girovlarla bağlı mövqeyini yumşaltmır

2025.03.20, 11:21
JPost: HAMAS girovlarla bağlı mövqeyini yumşaltmır

HAMAS Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasına baxmayaraq, girovlarla bağlı mövqeyini yumşaltmır.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, "The Jerusalem Post" qəzetinin məlumatına görə, İsrailin mədəniyyət naziri Miki Zoar, ölkəsinin iki mümkün həll yolu üzərində düşündüyünü bildirib:

  • Ya girovların qaytarılması və HAMAS-ın silahsızlaşdırılması: HAMAS-ın tamamilə Qəzzadan çıxarılması və girovların geri qaytarılması.
  • Ya da, Qəzzanın tam işğalı: Anklavın tamamilə işğalı və İsrailin nəzarəti altına alınması.

Zoar bütün nazirlər arasında hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı konsensus olduğunu vurğulayıb.

18 martda İsrail Müdafiə Ordusu, HAMAS-ın Qəzzadakı obyektlərinə genişmiqyaslı hava zərbələri endirib. Baş nazir Benyamin Netanyahunun ofisi, bu hücumların, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və vasitəçilər tərəfindən aparılan danışıqlarda irəli sürülən təklifləri HƏMAS-ın rədd etməsi səbəbindən həyata keçirildiyini bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar