SON XƏBƏRLƏR

Həmədanda məhbus intihar etdi

2025.03.25, 12:19
Həmədanda məhbus intihar etdi

Güney Azərbaycanın Həmədan şəhərinin həbsxanasında saxlanılan məhbus  intihar edib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Həmid Muradi adlı məhbus həb və metadon qəbul edərək həyatına son qoyub.

İnsan haqları fəalları məhbusun işinə yenidən baxılması üçün məhkəmə orqanlarına dəfələrlə etdiyi müraciətlərinin cavabsız qalmasına etiraz olaraq intihara əl atdığını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar