SON XƏBƏRLƏR

Zaxarova: Rusiya Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin əleyhinədir

2025.03.27, 14:27
Zaxarova: Rusiya Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin əleyhinədir

Moskva Qərb sülhməramlılarının Ukrayna ərazisində yerləşdirilməsinə qəti şəkildə qarşıdır, bu, Rusiya və NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də keçirilən brifinqdə deyib.

"Rusiya Qərb sülhməramlılarının Ukraynaya göndərilməsi ssenarisinin qəti əleyhinədir. Bu, Rusiya və NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər", - o bildirib.

M.Zaxarova qeyd edib ki, London və Paris Ukraynaya hərbi müdaxilə planını davam etdirir və bunu "hansısa sülhməramlı missiya" adı altında ört-basdır edir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar