SON XƏBƏRLƏR

Tehran Trampın məktubuna cavab verdi

2025.03.28, 10:19
Tehran Trampın məktubuna cavab verdi

İran Donald Trampın məktubuna cavabı Oman vasitəsilə göndərib.

Gunaz.tv

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı məlumat verib.

O, Amerika prezidentinin məktubuna İranın rəsmi cavabının müvafiq qaydada və Oman vasitəsilə göndərildiyini açıqlayıb.

"Bu rəsmi cavabda mövcud vəziyyət və cənab Trampın məktubu ilə bağlı fikirlərimizin tam şəkildə izah edilib və qarşı tərəfə çatdırılıb.

Bizim siyasətimiz maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlara getməmək kimi qalır, lakin dolayı danışıqlar, keçmişdə olduğu kimi, davam edə bilər. Dolayı danışıqlar həm Ruhani hökuməti, həm də Rəisi hökuməti tərəfindən aparılıb",- Araqçı bildirib.

Qeyd edək ki, bundan bir gün əvvəl isə İran rəhbəri Əli Xaməneinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi də Amerika ilə dolayı danışıqlara hazır olduqlarını deyib.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar