SON XƏBƏRLƏR

 İran Trampın təhdidlərinə görə İsveçrə diplomatını XİN-ə çağırdı

2025.03.31, 15:06
 İran Trampın təhdidlərinə görə İsveçrə diplomatını XİN-ə çağırdı

İran Donald Trampın təhdidlərinə cavab olaraq İsveçrənin bu ölkədəki səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.

Gunaz.tv

Bu barədə İran mətbuatı məlumat yayıb.

"Xarici İşlər Nazirliyi İranın hər cür pisliyə qarşı rəsmi xəbərdarlıq notası və Tehranın istənilən təhlükəyə qəti və dərhal cavab vermək əzmi İsveçrə səfirinə çatdırılıb”,- məlumatda bildirilib.

Amerikanın İranda mənafeinin təmsilçisi olan İsveçrə səfirliyinin başçısı məsələni dərhal Amerika hökumətinə çatdıracağını deyib.

Qeyd edək ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlmədiyi təqdirdə Tehranı hərbi hücum və ağır gömrük tarifləri tətbiq etməklə hədələyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar