SON XƏBƏRLƏR

Əsədin silahlıları Suriyanın təhlükəsizlik patrulunu atəşə tutublar

2025.04.01, 11:52
Əsədin silahlıları Suriyanın təhlükəsizlik patrulunu atəşə tutublar

Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən Dəməşqin kənarında atəşə tutulub.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Toqquşma nəticəsində iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb”, - məlumatda deyilir.

Hadisədən sonra patrul əlavə qüvvələrlə gücləndirilib və ərazi mühasirəyə alınıb. Silahlıların bəziləri hadisə yerindən qaça bilib.

Xatırladaq ki, martın 24-də Latakiya və İdlib əyalətlərinin sərhədindəki dağlıq ərazilərdə keçmiş prezidentin 15 silahlı tərəfdarı saxlanılıb.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar