SON XƏBƏRLƏR

Amerika münaqişədən sonra Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir

2025.04.02, 12:15
Amerika münaqişədən sonra Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir

Amerika hətta münaqişə həll edildikdən sonra da Ukraynaya hərbi yardım göstərməyi planlaşdırır.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp tərəfindən ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizədliyi irəli sürülən Den Keyn bildirib.

“Müharibə başa çatdıqdan sonra Ukraynaya ordusunu inkişaf etdirməyə və uzunmüddətli sabitliyi təmin etməyə kömək etməyə davam etməliyik”, - Keyn namizədliyi üzrə dinləmələrdən əvvəl amerikalı senatorların suallarına yazılı cavabında vurğulayıb.

Onun sözlərinə görə, Amerika Ukraynanın müdafiə qabiliyyətini dəstəkləyən dövlətlər şəbəkəsinin bir hissəsidir və Avropa Kiyevə yardım payını artırarkən diqqəti unikal hərbi resursların təchizatına yönəltməlidir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar