SON XƏBƏRLƏR

Rusiya 81 xarici KİV-in fəaliyyətinə qadağa qoydu

2025.04.02, 13:46
Rusiya 81 xarici KİV-in fəaliyyətinə qadağa qoydu

Rusiya keçən il ilk dəfə olaraq xarici kütləvi informasiya vasitələrinin fəaliyyətinə qadağa qoyub. Bu, Rusiya mediasına qarşı xaricdə tətbiq edilən məhdudiyyətlərə cavab olaraq həyata keçirilib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokuroru İqor Krasnov Federasiya Şurasında verdiyi illik hesabatda bildirib.

“81 xarici nəşrin ölkə ərazisində fəaliyyətinə qadağa qoyulub və onların informasiya resurslarına giriş məhdudlaşdırılıb”,- o qeyd edib.

Krasnov bildirib ki, 71 xarici və beynəlxalq təşkilatın fəaliyyətinin arzuolunmaz kimi tanındığını və 3 terror təşkilatının və onların 172 bölməsinin fəaliyyətinin qadağan edildiyini açıqlayıb.

Hesabatda siyahıya salınan media qurumları, xarici və beynəlxalq təşkilatlar barədə məlumat verilmir.

 

 

Ş.E

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar