SON XƏBƏRLƏR

6 Avropa ölkəsi birgə müdafiə fondu yaratmağı müzakirə edir

2025.04.04, 12:11
6 Avropa ölkəsi birgə müdafiə fondu yaratmağı müzakirə edir

Böyük Britaniya, Polşa və Şimali Avropa ölkələri hakimiyyət orqanları müdafiə xərclərinin maliyyələşdirilməsi üçün birgə fond yaradılmasını müzakirə edirlər.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Politico” iki Avropa diplomatına istinadən məlumat yayıb.

Diplomatların sözlərinə görə, əsas ideya silah alımlarının daha aşağı qiymətlərlə həyata keçirilməsi və müdafiə məqsədləri üçün sərfəli kreditlərin alınması imkanı yaratmaqdır.

Diplomatlar qeyd ediblər ki, Britaniya tərəfi keçən həftə bu ideyanı İsveç, Finlandiya, Danimarka, Niderland və Polşa maliyyə nazirliklərinin nümayəndələri ilə müzakirə edib. Gözlənilir ki, tərəflər Avropa İttifaqı maliyyə nazirlərinin növbəti həftə Varşavada keçiriləcək görüşü zamanı bu mövzuda müzakirələri davam etdirəcəklər.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar