SON XƏBƏRLƏR

Kave Soda zavodundan çirklənmiş tullantı suları Binabdakı kənd təsərrüfatı sahələrinə daxil olub

2025.04.05, 11:17
Kave Soda zavodundan çirklənmiş tullantı suları Binabdakı kənd təsərrüfatı sahələrinə daxil olub

Marağadakı Kave Soda zavodu növbəti dəfə gündəmə gəlib, bu dəfə Kave Soda zavodunun çirkab suları Binab kəndlərinin əkinçilik sahələrinə daxil olub.

Gunaz.tv

Bu barədə yerli şahidlər məlumat verib.

“Bir neçə gündür ki, Kave Soda zavodunun sənaye çirkab suları boru partlaması səbəbindən Binabın Qışlaqxana kəndinin torpaqlarına axır ki, bu da ərazidə yaşayan sakinlərin və fermerlərin narahatlığına səbəb olur. Yerli sakinlər çirklənmənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırlar." - deyə məlumatda bildirib.

Qeyd edək ki, Kave Soda fabriki Tehranın Dəmavənd şəhərindən olan İbrahim Əsgəriyan Dəmavəndiyə məxsusdur və Xamenei, Rəfsəncani və Əsgərövladi ailələrinin mafiya dəstələrinə bağlıdır.

Kave Soda Fabriki ətraf mühitin geniş şəkildə çirklənməsi səbəbindən əvvəllər də dəfələrlə gündəmə gəlib. Bu fabrik də hər il Urmu gölünün suyunun təxminən 3 faizini istehlak edir və gölün qurumasına səbəb olan amillərdən biri hesab olunur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar