SON XƏBƏRLƏR

Rusiya Bəşər Əsədi ekstradisiya etməyəcək

2025.04.07, 14:18
Rusiya Bəşər Əsədi ekstradisiya etməyəcək

Rusiya hakimiyyəti Suriya Prezidenti Əhməd Şaraanın xahişindən sonra onun sələfi Bəşər Əsədin Dəməşqə təhvil verilməyəcəyini bildirib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın “Rai-al-Youm” qəzeti məlumat yayıb.

Rusiyanın İraqdakı səfiri Alperus Kotraşev məsələ ilə əlaqədar deyib:

“Bəşər Əsəd və ailəsinə sığınacaq Rusiya Prezidenti Vladimir Putinin birbaşa göstərişi əsasında verilib və bununla bağlı qərar dəyişməyəcək”.

Məlumata görə, Şaraa fevral ayında Rusiyadan keçmiş rejim liderini təhvil verməsini istəmişdi.

Xatırladaq ki, Bəşər Əsəd ötən il dekabrın 8-də hakimiyyət çevrilişindən sonra Dəməşqdən qaçıb. O, paytaxtdan Rusiyanın Xmeymimdəki aviabazasına, oradan da Moskvaya uçub.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar