SON XƏBƏRLƏR

Amerika İranla birbaşa danışıqlar israrlıdır

2025.04.09, 10:03
Amerika İranla birbaşa danışıqlar israrlıdır

Aprelin 12-nə planlaşdırılan İran və Birləşmiş Ştatlar arasındakı danışıqlar birbaşa olacaq.

Gunaz.tv

Bunu Ağ evin mətbuat katibi Kerolin Livitt deyib.

O,  jurnalistlər üçün mütəmadi brifinqdə İran tərəfinin gələcək əlaqələrin vasitəçi vasitəsilə aparılacağı barədə bəyanatlarını şərh edərkən belə açıqlama verib.

“Şənbə günü birbaşa danışıqlar olacaq. Lakin mən [Amerika Prezidenti Donald] Trampı [bu barədə] hər hansı əlavə təfərrüatların açıqlanmasında qabaqlamayacağam”, – Livitt qeyd edib.

Xatırladaq ki, aprelin 7-də yazışmalar nəticəsində tərəflərin danışıqların ilk raundunu aprelin 12-də Omanda keçirməyi razılaşdırdıqları məlum olub. Görüşün əsas iştirakçıları Araqçi və Amerika prezidentinin xüsusi elçisi Stiven Uitkoff olacaq. Trampın aprelin 7-də açıqladığı məlumata görə, Amerika – İran əlaqələri birbaşa olacaq. Bununla belə, İran diplomatiyasının başçısının sözlərinə görə, Tehran Amerikanın təzyiqindən qaçmaq üçün Amerika ilə danışıqları vasitəçilərlə aparmaq variantını seçib və Omandakı görüşdən sonra formatı dəyişdirməyi planlaşdırmır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar