SON XƏBƏRLƏR

Növbəti köç Suqovuşanda: açarlar təqdim olundu

2025.04.09, 13:34
Növbəti köç Suqovuşanda: açarlar təqdim olundu

Bu gün Ağdərənin Suqovuşan kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə – 179 nəfər köçürülüb.

Bu gün kəndə çatan ailələrə evlərinin açarlarının təqdimatından əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açarlar sahiblərinə verilib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib.

Qeyd olunub ki, Suqovuşan kəndi fasiləsiz elektirik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Xatırladaq ki, indiyədək Ağdərə rayonunun Suqovuşan kəndinə dörd köç karvanı olub. Kənddə ümumilikdə 180 ailə məskunlaşıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar