SON XƏBƏRLƏR

Türkiyədə DƏHŞƏTLİ YANĞIN baş verib - VİDEO

2025.04.11, 14:30
Türkiyədə DƏHŞƏTLİ YANĞIN baş verib - VİDEO

İstanbulda İkitelli Mütəşəkkil Sənaye Bölgəsində Milas küçəsində yerləşən kimya anbarında naməlum səbəbdən yanğın baş verib.

Gunaz.tv

GünazTV Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın ərazidə dayanan avtomobillərə də təsir edib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır və ərazidəki yanacaqdoldurma məntəqəsinə, eləcə də təbii qaz çənlərinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Yanğının miqyası sürətlə böyüdüyü üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

"Alovlar çox yüksəkdir. Burada partlayışlar baş verir. Əldə etdiyimiz məlumata görə, bunun kimyəvi maddədən qaynaqlandığı bildirilir. Yanğınsöndürən maşınlar bir-birinin ardınca gəlir. Polis ətrafdakı yolları bağlayıb. Maşınlar başqa istiqamətlərə yönəldilir. Artıq alov konteynerlərə də keçib. Partlayışlar səbəbindən yanğınsöndürmə briqadası müdaxilə edə bilmir. Heç kimin yanğın ərazisinə yaxınlaşmasına icazə verilmir. Müdaxilə davam etsə də, alovun şiddəti artmaqda davam edir. Alov yaxınlaşdıqca maşınlar yanır. Tüstü səmanı tamamilə bürüyüb" - CNN Türk müxbiri bildirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar