SON XƏBƏRLƏR

İrana bağlı qruplaşma təsdiq etdi - Silahı yerə qoyuruq

2025.04.11, 15:29
İrana bağlı qruplaşma təsdiq etdi - Silahı yerə qoyuruq

“Həşdi-Şabi” qüvvələri tezliklə silahlarını təhvil verəcək və İraq ordusuna inteqrasiya ediləcək.

Gunaz.tv

Bunu İraqda İrana bağlı “Həşdi-Şabi” silahlı qruplaşmasının rəhbəri Faleh Əl-Fəyyaz deyib.

Başçılıq etdiyi qüvvələrin bundan əvvəl İŞİD-ə qarşı mübarizə apardıqlarını söyləyən Əl-Fəyyaz, bu mərhələnin bitdiyini və qüvvələrin İraq ordusunun tərkibinə qatılmasının vacibliyini bildirib.

Məlumata görə, İraq Nazirlər Şurası “Həşdi-Şabi”nin inteqrasiyası haqqında qanunu təsdiqləyib və hazırda parlamentin təsdiqini gözləyir.

Qeyd edək ki, bu və başqa yerlərdə olan İrana bağlı silahlı qruplaşmaların ləğvi Amerikanın İran qarşısında irəli sürdüyü əsas şərtlərdən biridir.

Ekspertlər “Həşdi-Şabi”nin ləğvi və İraq ordusunun tərkibinə verilməsini İranın Amerika qarşısında geri addım atmasının ilk mərhələsi kimi dəyərləndirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar