SON XƏBƏRLƏR

Alyaska yaxınlığında Rusiya hərbi təyyarəsi aşkar edilib

2025.04.15, 12:54
Alyaska yaxınlığında Rusiya hərbi təyyarəsi aşkar edilib

Şimali Amerikanın Hava Hücumundan Müdafiə (HHM) Komandanlığı (NORAD) Alyaska sahilləri yaxınlığında beynəlxalq hava məkanında Rusiya hərbi təyyarəsinin uçuşunu aşkar edib.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, bu barədə komandanlığın bəyanatında bildirilib.

"NORAD 2025-ci il aprelin 14-də Alyaskanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) uçan Rusiya hərbi təyyarəsini aşkar edərək izləyib. Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb. O, ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb", - məlumatda qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, ABŞ Rusiyanın Alyaska yaxınlığındakı beynəlxalq hava məkanında fəaliyyətini təhdid kimi qiymətləndirmir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar