SON XƏBƏRLƏR

Türkiyədə SEPAH üzvü həbs edilib

2025.04.16, 11:43
Türkiyədə SEPAH üzvü həbs edilib

Cari ilin fevral ayının 13-də Terkiyə polisi Əhmədrza Beyzayi adlı iranlını həbs edib.

Gunaz.tv

‌Bu barədə "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Beyzayinin ailəsi Türkiyədən deport edilib, özü isə saxlanılıb.

Keçmiş xarici işlər naziri, Əli Xaməneinin müşaviri və Azad İslam Universitetinin rəyasət heyətinin başçısı Əliəkbər Vilayəti "Təsnim"ə verdiyi açıqlamada məsələni təsdiq edib.

O, Məhəmmədrza Beyzayinin həbs səbəbi barədə məlumat verilmədiyini və onun azad edilməsi ilə bağlı səylərin nəticəsiz qaldığını bildirib.

Qeyd edək ki, Vilayətinin "universitet müəllimi" kimi təqdim etdiyi Beyzayi, SEPAH və ona bağlı "Bəsic" (könüllülər) ordusunun yüksək rütbəli əmurlarından olub.

O, bundan əvvəl Şərqi Azərbaycan əyalətinin SEPAH komandirinin əmri ilə əyalətin
Müəllimlərin Səfərbərlik Təşkilatının rəhbəri vəzifəsinə təyin olunub.

Bəzi mənbələr Beyzayinin SEPAH-ın "Qüds" qüvvələrinin üzvü olduğunu yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar