SON XƏBƏRLƏR

Ermənistan parlamentində sərhəd gərginliyi: Sonadək gedəcəyik

2025.04.17, 14:47
Ermənistan parlamentində sərhəd gərginliyi: Sonadək gedəcəyik

Ermənistan müxalifəti ölkənin müstəqil olmasını istəmir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arsen Torosyan deyib.

Parlamentdə müzakirələr zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına qarşı çıxan müxalif “Ermənistan” fraksiyasının deputatı Kristina Vardanyana cavab verən Torosyan bildirib:

“Müxalifət dövlətçiliyin ən mühüm atributlarından biri olan sərhədə malik olmağımızı istəmir. Dövlətin sərhədi müstəqillik üzərində müəyyənləşir, siz bunun əleyhinə idiniz, indi də əleyhinəsiniz”.

Deputat vurğulayıb ki, müxalifətin nə istəməsindən asılı olmayaraq, Ermənistan-Azərbaycan sərhədi sona qədər demarkasiya ediləcək və Nikol Paşinyan hökuməti bunda qərarlıdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar