SON XƏBƏRLƏR

Almaniya Ukraynaya yeni yardım paketi verib

2025.04.18, 12:50
Almaniya Ukraynaya yeni yardım paketi verib

Almaniya bir ay sonra Ukraynaya verilmiş silahların siyahısını yeniləyib ki, bunlara başqa avadanlıqlarla yanaşı, 66 ədəd MRAP zirehli texnikası, IRIS-T SLM üçün 1 raket, ehtiyat hissələri olan 70 “Vektor” kəşfiyyat aparatı və digər silahlar daxildir.

Gunaz.tv

GünazTV Report-a istinadən xəbər verir ki, bunlar Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında açıqlanıb.

Bundan əlavə, yeni paketə, xüsusən “Leopard 2” tankı üçün mərmilər, 4 kinetik müdafiə maşını (Diehl Defence), “Gepard ZSU” üçün 38 min patron, 3 “Zuzana 2” özüyeriyən artilleriya qurğusu, 27 min 155 mm-lik artilleriya mərmisi və 12 min 12 mm mərmi daxildir.

Berlin həmçinin Kiyevə 150 ədəd ​​HF-1 hücum pilotsuz uçuş aparatı, 10 yerüstü pilotsuz uçuş aparatı, ehtiyat hissələri ilə birlikdə 6 “Bergepanzer 2” zirehli maşın, ehtiyat hissələri ilə birlikdə 4 ədəd “Wisent 1” zirehli mina təmizləmə maşını verib.

Yeni paketə həmçinin 41 yerüstü müşahidə radarı, 187 lazer məsafəölçən, 92 infraqırmızı durbin, 55 dalğıc skuteri, üç sərhəd maşını, 917 RGW-90 tank əleyhinə qumbaraatan və s. daxildir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar