SON XƏBƏRLƏR

Abbas Araqçı Çinə gedir

2025.04.21, 13:46
Abbas Araqçı Çinə gedir

İran xarici işlər naziri Abbas Araqçının aprelin 22-də Çinə səfəri planlaşdırılıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu səfər İran və Amerika arasında nüvə danışıqlarının üçüncü mərhələsi ərəfəsinə təsadüf edir.

Qeyd edək ki, Çin 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayanlardan biri idi.

Bununla eyni vaxtda Britaniyanın "Guardian" qəzeti aprelin 20-də yazıb ki, Rusiya İranın nüvə proqramı ilə bağlı gələcək razılaşmada əsas rol oynaya bilər.

"Moskva nəinki İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları üçün mümkün təyinat yeri kimi qeyd edilib, həm də razılaşmanın şərtlərinin pozulması halında arbitr rolunu öz üzərinə götürməsi ehtimalı var",- "Guardian" qeyd edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar