SON XƏBƏRLƏR

BMT-də TARİXİ AN: Yeni Suriya bayrağı QALDIRILDI

2025.04.26, 10:58
BMT-də TARİXİ AN: Yeni Suriya bayrağı QALDIRILDI

Suriya XİN başçısı BMT-nin Nyu-Yorkdakı qərargahında respublikanın yeni bayrağını qaldırıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Suriyada 61 illik Baas rejiminin süqutundan sonra ölkənin bayrağı da dəyişib.

Suriya vətəndaş müharibəsi başladığı 2011-ci ildən bəri müxtəlif qruplar özlərini təmsil etmək üçün iki əsas bayraqdan istifadə ediblər. Bəşər Əsədin rəhbərlik etdiyi hökumət əvvəllər Birləşmiş Ərəb Respublikası tərəfindən istifadə olunan qırmızı-ağ-qara üçrəngli bayrağı, müxalifət isə yaşıl-ağ-qara üçrəngli bayrağı qəbul edib.

Yeni bayraq Suriyanın müstəqilliyinin və rejim dəyişikliklərinin simvolu olaraq qəbul edilir. Bu, Liviya üsyançılarının Qəddafi rejiminə qarşı istifadə etdiyi bayrağa bənzəyir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar