SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində yol qəzaları - Statistika

2025.04.26, 12:53
Qərbi Azərbaycan əyalətində yol qəzaları - Statistika

Son 1 il ərzində Qərbi Azərbaycan əyalətinin yollarında baş verən qəzalarla bağlı statistika açıqlanıb.

Gunaz.tv

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Məlumata görə, 1 il müddətində Qərbi Azərbaycanda 1274 nəfər qəzalar nəticəsində həlak olub.

Bunlardan 681 nəfəri yol qəzası zamanı həyatını itirib, onlardan 529-u kişi, 152-i isə qadın olub.

qeyd olunan müddət ərzində 14320 yol qəzasının baş verdiyi və onlardan 10 mininin kişilər tərəfindən törədildiyi bildirilib.

Qeyd edək ki, müxtəlif amillərlə yanaşı yol qəzalarında ölüm hallarının çox olması yerli avtomobillərin keyfiyyətsiz olması ilə bağlıdır.

Vətəndaşlar keyfiyyətsizlik və təhlükəliliyinə görə, İran avtomobillərini  "hərəkət edən tabut" adlandırırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar