SON XƏBƏRLƏR

Bəndər Abbasda ölənlərin son sayı açıqlandı

2025.04.27, 20:03
Bəndər Abbasda ölənlərin son sayı açıqlandı

İranın cənubundakı Hormuzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, 1205 nəfər isə yaralanıb.

Gunaz.tv

Bunu ILNA-ya müsahibəsində İran parlamentinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.

Bundan əvvəl ölü sayı 36 nəfər təşkil edirdi.

Yaralıların bəzilərinin vəziyyətlərinin ağır olduğuna görə, ölü sayının artacağı gözlənilir.

Hormuzqan əyalətinin baş hakimi Müctəba Qəhrəmani mediaya açıqlamasında deyib ki, bir sıra cəsədlər tanınmaz hala düşdüyünə görə, onların kimliyinin müəyyənləşdirilməsi üçün DNT testinə ehtiyac var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar