SON XƏBƏRLƏR

Ana dili hərəkatı fəalının həbs cəzası təsdiqləndi

2025.04.28, 14:59
Ana dili hərəkatı fəalının həbs cəzası təsdiqləndi

Tehranın Apelliyasiya Məhkəməsinin 36-cı bölməsi ana dili hərəkatı fəalı, keçmiş siyasi məhbus Əlirza Fərşi barədə ibtidayi məhkəmənin çıxardığı 8 ay həbs qərarını təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb. 

Bundan əvvəl Tehranın İnqilab Məhkəməsinin 23-cü bölməsi mədəni fəalı "hökumətə qarşı təbliğat" ittihamına görə 8 ay həbs cəzasına məhkum etmişdi.

Qeyd edək ki, Əlirza Fərşi dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

8 fevral 2023-cü ildə həbsxanadan buraxılan fəal 2 il müddətinə Xuzistan əyalətinin İzə şəhərinə sürgün cəzasına da məhkum edilib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar