SON XƏBƏRLƏR

Kavelaşvili: Azərbaycan-Ermənistan sülh sazişi bölgəyə müsbət inkişaf dinamikası gətirəcək

2025.04.29, 13:10
Kavelaşvili: Azərbaycan-Ermənistan sülh sazişi bölgəyə müsbət inkişaf dinamikası gətirəcək

“Gürcüstan, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatı birmənalı olaraq alqışlayır. Hesab edirik ki, bu, təhlükəsiz və sabit Cənubi Qafqaz regionunun birgə yaradılması üçün gələcək birgə səyləri tələb edən mühüm prosesin başlanğıcıdır”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstan, Ermənistan və Azərbaycanın sülh sazişini yaxın gələcəkdə imzalayacaqlarına ümid edir.

“Bu, Cənubi Qafqazın müsbət inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq saziş olacaq”, - M.Kavelaşvili söyləyib.

Prezident qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə qətiyyətlə sadiqdir:

“Biz bütün sahələrdə regional əməkdaşlığı dərinləşdirməyə, ədalətli və dinc çoxqütblü beynəlxalq nizamın formalaşmasına töhfə verməyə hazırıq”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar