SON XƏBƏRLƏR

Suriya qüvvələri ilə druzlar arasında toqquşma baş verdi

2025.04.29, 13:50
Suriya qüvvələri ilə druzlar arasında toqquşma baş verdi

Aprelin 29-da, çərşənbə axşamı, Dəməşqin cənub ətrafında yerləşən Cəramana qəsəbəsində Suriya təhlükəsizlik qüvvələri ilə druz silahlı qruplaşmaları arasında silahlı toqquşmalar baş verib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

Mənbələrin verdiyi məlumata görə, druz dəstələri hökumət qüvvələrinə qarşı ağır silahlardan atəş açıblar.

Suriya təhlükəsizlik orqanlarının bildirdiyinə görə, qarşıdurma nəticəsində 2 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.

Hadisədən sonra bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə hökumət əlavə qüvvələr cəlb edib və təhlükəsizlik tədbirlərini gücləndirib.

Eyni zamanda İsrail mediası yazır ki, qarşıdurmalar nəticəsində ən azı 4 druz döyüşçüsü ölüb. Gərginliyin əsas səbəbi isə sosial şəbəkələrdə yayılan və druz şeyxinə aid olduğu iddia edilən, Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr yer alan bir audioyazının yayılması olub.

 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar