SON XƏBƏRLƏR

BMT 1,4 milyondan çox suriyalının evlərinə qayıtdığını bildirib

2025.05.01, 15:54
BMT 1,4 milyondan çox suriyalının evlərinə qayıtdığını bildirib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evlərinə qayıtdığını bildirib.

Gunaz.tv

BMT Qaçqınlar üzrə Ali Komissarlığı X sosial media platformasında suriyalıların evlərinə qayıtması ilə bağlı paylaşım edilib.

“1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdır”. Yazıda suriyalılar üçün ümidin olduğu, lakin onların həyatlarını yenidən qurmasının asan olmadığı vurğulanıb.

Yazıda Suriyalıların sığınacaq, sağlamlıq, təhsil və sosial rifah da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu vurğulanaraq, ailələrin həyatlarına yenidən başlamasına kömək etmək üçün səylərə dəstək çağırışı edilib.

Xatırladaq ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib. Noyabrın 30-dan dekabrın 7-dək qruplaşmalar Hələb, İdlib, Həma və Homs əyalətlərində üstünlük təşkil qazanıblar. Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qrupların kütlələr tərəfindən dəstəklənməsi ilə rejim Dəməşq və bir çox digər bölgələrə nəzarəti tamamilə itirdi. Baas Partiyasının 61 illik hakimiyyəti sona çatarkən, rejim lideri Əsəd dekabrın 8-də paytaxtdan Rusiyaya qaçıb.
 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar