SON XƏBƏRLƏR

İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu

2025.05.02, 11:52
İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfə zərbələr endirib.

Gunaz.tv

“The Times of Israel” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın yaydığı birgə bəyanatda bildirilib.

“Bu, Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik”, - məlumatda deyilir.

İsrail ordusu verdiyi açıqlamada qırıcıların Dəməşqdə prezident Əhməd əş-Şaraa sarayına yaxın əraziyə zərbələr endirdiyini təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Dekabrda Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail Suriyaya dəfələrlə hava hücumları təşkil edərək, hərbi texnika və anbarları məhv edib. 

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar