SON XƏBƏRLƏR

Bütün variantlar masadadır - Temmi Bryus İrana xəbərdarlıq etdi

2025.05.05, 10:46
Bütün variantlar masadadır - Temmi Bryus İrana xəbərdarlıq etdi

Vaşinqton-Tehran danışıqlarının dördüncü raundunun vaxtı qeyri-müəyyən olaraq qalarkən, Amerika Prezidenti Donald Tramp mayın 4-də İranın nüvə proqramını tamamilə ləğv etmək istədiyini təsdiqləyib.

Gunaz.tv

Amerika Dövlət Departamentinin sözçüsü Temmi Bryus “Fox News”a müsahibəsində Trampın İranın nüvə silahına sahib olmasını istəmədiyi fikrini təkrarlayıb.

"Amerika Prezidenti Tehranla münasibətlərə dair yeni ideyalar eşitmək istəyir və sazişin daimi olmasına çalışır",- o qeyd edib.

Bryus vurğulayıb ki, İran hakimiyyəti sonda Trampın nüvə proqramını ləğv etmək məqsədi daşıyan mövqeyi ilə razılaşmağa məcbur olacaq.

“Amerika Prezidenti artıq İranı danışıqlar masası arxasında oturmağa razı salmağa nail olub və o, qarşıdurmadan daha çox həllə nail olmaq üçün diplomatiyanın uğur qazanmasını istəyir”.

Dövlət Departamentinin sözçüsü Donald Trampın İran və ya başqaları ilə münasibətdə heç bir variantdan əl çəkmədiyini də diqqətə çatdırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar