SON XƏBƏRLƏR

Əsədin hakimiyyətdən getməsi Aİ-də sığınacaq axtaranların sayını azaldıb

2025.05.06, 12:06
Əsədin hakimiyyətdən getməsi Aİ-də sığınacaq axtaranların sayını azaldıb

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə vətəndaşlarının Avropa İttifaqına (Aİ) sığınacaq üçün müraciətlərinin sayı ən aşağı həddə çatıb.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Avropanın Sığınacaq Agentliyi (EUAA) məlumat yayıb.

“Fevralda 5 min suriyalı Avropadan sığınacaq istəyib ki, bu, tarixən 10 ildən çox müddətdə müşahidə olunmayan aşağı rəqəmdir”, - agentliyin məlumatlarında qeyd olunur.

Sığınacaq Agentliyinin məlumatına görə, ölkənin müxalif qüvvələrinin 2024-cü ilin dekabrında hakimiyyətə gəlməsi Avropada sığınacaqla bağlı vəziyyətin əhəmiyyətli dəyişməsinə səbəb olub, müraciətlərin sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 70% azalıb.

Suriyalılar indiyədək Aİ-nin 27 ölkəsində onlara verilən müdafiədən faydalanıblar.

“Sığınacaqla bağlı son statistika başqa yerlərdə sabitliyin Avropa üçün nə qədər vacib olduğunu göstərir”, - Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner yeni vəziyyəti şərh edərkən deyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar