SON XƏBƏRLƏR

Rusiya İran qarpızının idxalını qadağan etdi

2025.05.07, 13:49
Rusiya İran qarpızının idxalını qadağan etdi

Rusiya nitrat da daxil olmaqla ağır metalların normadan artıq olması səbəbindən İrandan qarpız idxalını qadağan edib.

Gunaz.tv

Bu barədə "Təsnim" məlumat yayıb.

İran Kənd Təsərrüfatı Nazirliyinin Meyvə Tərəvəz İdarəsinin baş direktoru Hüseyn Əsgəri İranın kənd təsərrüfatı məhsullarında standartlara əməl olunduğunu iddia edib.

"Rusiya İran tərəvəzləri və yay meyvələri, o cümlədən qarpız üçün əsas ixrac ölkələrindən biridir",- o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl yerli mütəxəssislərdə bəzi meyvə tərəvəzlərin, o cümlədən, qarpızın yetişdirilməsi üçün ağır gübrə və dərmanlardan istifadə olunduğu barədə xəbərdarlıq etmişdilər.

Onlar bunun insan sağlamlığı üçün təhlükə yaratdığını və xərçəng kimi xroniki xəstəliklərə yol açdığı barədə xəbərdarlıq ediblər.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar