SON XƏBƏRLƏR

Əndəriyan və Astargan mədənlərindən ildə 170 kiloqramdan çox qızıl çıxarılır.

2025.05.10, 10:28
Əndəriyan və Astargan mədənlərindən ildə 170 kiloqramdan çox qızıl çıxarılır.

Şərqi Azərbaycan Əyalətinin Sənaye, Mədən və Ticarət Baş direktoru Sabir Parnian Əndəriyan və Astargan mədənlərinin illik 170 kiloqramdan çox qızıl hasilatı ilə ölkənin ən böyük qızıl ehtiyatlarından hesab edildiyini açıqlayıb.

Gunaz.tv

Sabir Parnian Şərqi Azərbaycan mədənlərinin təsdiq edilmiş ümumi ehtiyatları 10 milyard tondan artıq olduğunu deyib.

O, Şərqi Azərbaycanın faydalı qazıntı müxtəlifliyi baxımından yüksək potensiala sahib olduğunu bildirib.

"Mədənlər arasında ehtiyatı 30 milyon ton və orta məhsuldarlığı 0,52 qram/ton olan Əndəriyan qızıl mədəni ölkənin ən zəngin qızıl mədənlərindən biridir." - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın bu qızıl mədənləri illərdir Rusiya və İran tərəfindən talan edilir, ancaq bu qızıl mədəninin əsas sahibi olan Azərbaycan xalqı bu nəhəng sərvətlərdən heç bir pay ala bilmir. Əvəzində isə yoxsulluq, işsizlik, miqrasiya və bu mədənlərin səbəb olduğu ekoloji problemlərlə mübarizə aparır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar