SON XƏBƏRLƏR

Ramin Nəcəfvənd Ərdəbil Şəhər Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisinə çağırılıb və dindirilib

2025.05.11, 11:07
Ramin Nəcəfvənd Ərdəbil Şəhər Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisinə çağırılıb və dindirilib

Traxtor komandasının ərdəbilli azarkeşi Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbil Şəhər Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisinə çağırılıb və bir neçə saat dindirilib.

Gunaz.tv

Təhlükəsizlik əməkdaşları çağırılma səbəbini onun ötən cümə axşamı Traxtor azarkeşlərinin və Ərdəbil əhalisinin şənliyində iştirak etməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatından olan Yusif Kari və Səccad Qurbani, bundan başqa Traxtorun Ərdəbilli tərəfdarlarından Əhməd Seyfi mayın 8-i cümə axşamı günü həbs edilib və Ərdəbil Polisinin Kəşfiyyat Təcridxanasında bir gün saxlandıqdan sonra sərbəst buraxılmışdılar.

Bu azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, onların həbsi zor tətbiqetmə ilə baş tutub. Bu zaman Yusif Kari qulaqlarından və boynundan, digər fəallar isə başlarından xəsarət alıblar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar