SON XƏBƏRLƏR

Milli fəal Behzad Paşazadə sərbəst buraxılıb

2025.05.14, 09:49
Milli fəal Behzad Paşazadə sərbəst buraxılıb

Təhlükəsizlik məmurlarının mayın 7-də həbs etdiyi milli fəal Behzad Paşazadə mayın 13-də Urmu həbsxanasından sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Paşazadə 700 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.

Ona qarşı irəli sürülən ittiham barədə məlumat verilməyib.

Qeyd edək ki, Behzad Paşazadə bundan əvvədə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.

O, 2011-ci ildə Urmu gölünün quruması, 2015-ci ildə isə İran televizyasının “Fitilə” proqramında azərbaycanlıların aşağılanmasına etiraz aksiyalarına qoşulduğu üçün həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar